AZ

Uitkoff Putinlə görüşməzdən əvvəl bunları yeyib

ABŞ Prezidentinin elçisi Stiv Uitkoff Moskva restoranlarından birində klassik rus mətbəxindən dadlı yeməklərlə qarşılanıb.

Bakıvaxtı.az xəbər verir ki, restoran nümayəndəsinin sözlərinə görə, Uitkoffun naharına qırmızı, ağbalıq və durnabalığı kürüsü, 1961-ci il istehsalı olan "Stoliçnı" salatı, qarabaşaq əti ilə doldurulmuş bildirçin, özünəməxsus maral yeməyi və müxtəlif qəlyanaltılar daxil olub.

Mənbə qeyd edib ki, ABŞ Prezidentinin elçisi xüsusi yemək - pendirli buğda çörəyi istəyib. O, əlavə edib ki, amerikalı qonaqlar rus mətbəxindən həqiqətən zövq alıblar.

Seçilən
78
bakivaxti.az

1Mənbələr