Dekabrın 2-də Kəlbəcər rayonuna qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, havanın temperaturu kəskin aşağı düşüb. Axşam saatlarında Kəlbəcər şəhərinə yağan qar sonradan yağışa çevrilib. Yüksək dağlıq ərazilərində isə qarın yağması davam edir.