Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 13 yaşlı yeniyetmə qızın - Kəmalənin meyiti tapılıb.
Publika.az Kəmalənin doğum günlərindən birində lentə alınan videonu təqdim edir:
Qeyd edək ki, atası qızının gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxdığı bildirib:
“Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdi. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır”.