AZ

Prezidentliyə namizədi öldürmək istədilər

Peruda prezidentliyə namizəd Rafael Belaundeyə sui-qəsd cəhdi olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafael Belaunde avtomobilinə açılan atəş nəticəsində xəsarət almadan hadisə yerindən çıxmağı bacarıb.

Namizədin avtomobilinə bir neçə güllə dəydiyi bildirilib.

Rafael Belaunde Perunun sabiq dövlət başçısı Fernando Belaundenin nəvəsidir. O, son aylarda aparılan sorğularda prezidentliyə namizədlər arasında aşağı göstəricilərlə yer alır.

Seçilən
21
6
publika.az

9Mənbələr