BAKI, 3 dekabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uittkoff Moskvadan uçub.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a aviadişpetçer xidmətlərindən məlumat verilib.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsini aparan təyyarə Moskva vaxtı ilə saat 02:02-də "Vnukovo" hava limanından havaya qalxıb və dövlət sərhədi istiqamətində hərəkət edib.