AZ

Taleyin ümidinə qalan HAVA LİMANI: 51 ildir təyyarə səsinə həsrət qalıb

Bu hava limanından 1974-cü ildən bəri tək bir təyyarə belə qalxmayıb.

Publika.az xəbər verir ki, 1963-cü ildən etibarən Kiprdə artan siyasi böhran və icmalararası zorakılıq türk və yunan kiprliləri arasında ikili icma hökumətinin süqutuna səbəb oldu, adada gərginlik on il davam etdi və 1974-cü ildə dramatik zirvəyə çatdı.

15 iyul 1974-cü ildə Yunan xuntasının çevrilişindən sonra Türkiyə 20 iyulda "Kipr Sülh Əməliyyatı" adlı hərbi əməliyyata başladı.

Lefkoşa Hava Limanı strateji əhəmiyyətinə görə kritik bir döyüş meydanına çevrildi.

Döyüşlər 16 avqustda Birləşmiş Millətlər Təşkilatının müdaxiləsi ilə başa çatdı. Hava limanına ağır ziyan dəydi və mülki istifadə üçün təhlükəli hala gəldi.

Seçilən
443
46
publika.az

10Mənbələr