AZ

Malayziya 11 il əvvəl qəzaya uğramış təyyarənin axtarışını bərpa edir

Pekin, 3 dekabr, AZƏRTAC

Malayziya Hava Yollarının 2014-cü ildə qəzaya uğramış təyyarəsinin axtarışları dekabrın 30-da bərpa ediləcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat Nazirliyi açıqlama yayıb.

ABŞ-ın “Ocean Infinity” ilə imzalanmış müqavilə əsasında şirkət 55 gün ərzində dənizin dibində axtarış işləri aparacaq. Axtarışlar təyyarənin aşkarlanma ehtimalının ən yüksək olduğu ərazidə aparılacaq.

Qeyd edək ki, 2014-cü il martın 8-də Kuala-Lumpur - Pekin reysini (MH370) həyata keçirən “Boeing 777-200” təyyarəsi radarlardan itib. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Avstraliya, Çin və Malayziyanın birgə axtarışları 2017-ci ilin yanvarında heç bir nəticə vermədən dayandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
56
1
azertag.az

2Mənbələr