AZ

Azərbaycan Kuboku: Daha üç 1/4 finalçı müəyyənləşir

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.

"Şamaxı" öz meydanında I Liqanın ortabablarından olan "Baku Sportinq"i sınağa çəkəcək. İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma saat 14:00-da start götürəcək.

Şamaxıdakı oyunla eyni vaxtda Qubada "İmişli" – "Sabah" görüşü baş tutacaq. Son dörd gündə eyni məkanda ikinci dəfə üzləşəcək komandaların çempionatdakı duelində bakılılar 3:0 hesabı ilə qalib gəlmişdilər. Ötən dueldə Elçin Məsiyev iş başında olmuşdusa, kubok qarşılaşmasını digər FİFA referisi Kamal Umudlu idarə edəcək.

Daha bir 1/4 finalçının adını rəsmiləşdirəcək "Qarabağ" – "Karvan-Yevlax" oyunu da tərəflərin ardıcıl dueli kimi diqqət çəkir. Ağdam təmsilçisi ötən həftəsonu baş tutan matçda son dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 yenə bilmişdi. Tərəflərin budəfəki qarşılaşmasını FİFA referisi Əliyar Ağayev idarə edəcək.Qeyd edək ki, ötən gün keçirilən oyunlardan sonra "Turan Tovuz" və "Zidə" 1/4 finala vəsiqə qazanıblar. 

Bizon Azərbaycan Kuboku

1/8 final 

3 dekabr

14:00. "Şamaxı" – "Baku Sportinq"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı. Şəhər stadionu.

14:00. "İmişli" – "Sabah"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev, Vüqar Həsənli.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Quba. Olimpiya İdman Kompleksinin stadionu.

19:00. "Qarabağ" – "Karvan-Yevlax"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

VAR: Rəşad Əhmədov, Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

"Azərsun Arena".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
fanat.az

1Mənbələr