Bakı.Trend:
Zuğulba-Bakı şossesində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-inməlumatına görə, hadisə dekabrın 2-si qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Dilafət Bağırzadə “KİA” markalıavtomobillə Zuğulba-Bakı şossesində hərəkətdə olarkən 1979-cu iltəvəllüdlü Rəhim Novruzovun idarə etdiyi “KAMAZ” markalıavtomobillə arxadan toqquşub.
Hadisə nəticəsində “KİA” markalı avtomobilin sərnişini 1963-cüil təvəllüdlü Cavahir Məmmədova aldığı xəsarətlərdən hadisə yerindəölüb, Bağırzadə Məhərrəm Dilafət oğlu və Bağırova Məhbubə İsmayılqızı bədən xəsarətləri alıb.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayətişi başlanaraq istintaq aparılır.