Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün V tur start götürəcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə 4 oyun baş tutacaq.
Kişilərin yarışında əvvəlcə "Azərreyl" "Nefçi" ilə üz-üzə gələcək. Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da başlayacaq.
Saat 17:00-da "Xilasedici" "Murov Az Terminal"la görüşəcək. Bu oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
"Abşeron" Olimpiya İdman Kompleksində isə "Gənclər" "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş də saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində isə bir oyun keçiriləcək. "DH Volley" "Gənclər"lə üz-üzə gələcək. Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da başlayacaq.
Yüksək Liqa: IV tura yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulacaq
Yüksək Liqa: "Neftçi" "Xilasedici"ni qəbul edəcək
"Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
Yüksək Liqa: IV tura yekun vurulub