AZ

Bərdədə kişi kanalda boğulan qadını xilas edərkən öldü

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

 

Hadisə Nazirli kəndində baş verib.

 

Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 3 Dekabr 2025, 09:37   
Seçilən
0
13
pravda.az

10Mənbələr