Ajans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd olunub ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.