AZ

Azərbaycan UNESCO Komitəsinə üzv seçilib

Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.

İclas çərçivəsində Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.

Seçilən
14
11
bakivaxti.az

10Mənbələr