AZ

Bakıda tıxac olan yollar - Siyahı

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;

 6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 8. Babək prospekti, mərkəz istiqamətində;

 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 10. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 13. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

 14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 15. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

"Cebheinfo.az" 

Seçilən
57
49
cebheinfo.az

10Mənbələr