AZ

Xırdalanda ətraf mühiti çirkləndirən şəxs cəzalandırılıb

Barəsində protokol tərtib olunub
Xırdalan şəhərində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi faktı aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Abşeron Rayon Polis İdarəsi və ETSN-in 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı şəhər ərazisini təmir işləri görən zaman yaranan məişət tullantıları ilə çirkləndirən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Seçilən
577
21
ayna.az

10Mənbələr