Bərdədə özünü kanala atan qızını xilas etmək istəyən ata faciəvi şəkildə ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.
Belə ki, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı kənd sakini Sərəncam Yasin qızı Kərimova özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını kanaldan çıxarmağa çalışsa da, suda boğularaq ölüb.
S. Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.
Qeyd edək ki, Y. Kərimov uzun illər kənd məktəbində ibtidai sinif müəllimi işləyib.