AZ

Zümrüd Bədəlovadan etiraf: "Bu şəxslər ailəmi dağıtdılar"-

Aparıcı Zümrüd Bədəlova “Onun sirri” verlişində qonaq olaraq şəxsi həyatından danışıb. O, ailə həyatını və boşanmasını açıqlayıb.

Bədəlova deyib ki, qurduğu ailə çox xoşbəxt və sağlam olub: “9 ilə yaxın ailəli oldum. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Çox güman ki, arada üçüncü şəxslər olur. Amma mənim həyatımda üçüncü yox, dördüncü, beşinci, altıncı şəxslərin sayı saysan bitməz.”

O əlavə edib ki, yaxınlarının, keçmiş həyat yoldaşının yaxınlarının və digər tərəflərin əməlləri, pis niyyətləri və müdaxilələri nəticəsində ailəsi dağılıb:

“Hamının istəyi və müdaxiləsi ilə ailəmi dağıtdılar.”

Seçilən
21
news365.az

1Mənbələr