AZ

Aİ Rusiyadan qaz idxalına qadağa barədə ilkin razılıq əldə edib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqının (Aİ) Şurası və Parlamentı 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalından mərhələli şəkildə imtina edilməsini nəzərdə tutan reqlament üzrə ilkin razılıq əldə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

“Reqlament Rusiyadan maye təbii qazın (MTQ) və boru kəməri ilə nəql olunan qazın idxalına mərhələli və hüquqi cəhətdən məcburi qadağa tətbiq edir”, – deyə press-relizdə bildirilib.

Qeyd olunur ki, bu reqlament Aİ-nin Rusiyadan qaz asılılığını aradan qaldırmağa yönəlmiş "REPowerEU" proqramının mühüm mərhələsidir. Məhdudiyyətlərin 2026-cı ilin sonundan və 2027-ci ilin payızından etibarən qüvvəyə minəcəyi nəzərdə tutulur.

Aİ 2022-ci ilin mayında "REPowerEU" proqramına start verib. Bununla belə, üç il ərzində Avropa İttifaqının Rusiyadan aldığı MTQ-nin ümumi dəyəri qiymət artımı səbəbilə demək olar ki, 4,6 dəfə yüksəlib. 2022-ci ilə qədər Rusiyadan idxal olunan qaz Aİ-nin ümumi qaz idxalının 40%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 15%-ə düşüb. Lakin 2024-cü ildə yenidən artaraq təqribən 19%-ə çatıb ki, bu da Brüsselin narazılığına səbəb olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
icma.az

1Mənbələr