"Tarix sübut edib ki, dövlətlərin tənəzzülü heç vaxt yalnız xarici düşmənlərin hücumu ilə başlamır.
Bu proses ilk növbədə, daxili sütunların zədələnməsi, idarəetmə mexanizminin "virusa" yoluxması ilə baş verir. Azərbaycanın müasir siyasi tarixində bu "virusun" adı uzun illər boyu pərdə arxasında qalmış, lakin dağıdıcı təsiri bütün sferalarda hiss olunur.
Söhbət akademik Ramiz Mehdiyevdən və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsindən gedir".
"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün gəlinən tarixi mərhələdə artıq açıq şəkildə bəyan etmək lazımdır ki, bu şəbəkə sadəcə siyasi rəqib yox həm də dövlətə xəyanət etmiş mütəşəkkil bir qüvvədir:
Lakin onun ən böyük xəyanəti idarəetmə ilə məhdudlaşmırdı. Mehdiyev dövlətin milli təhlükəsizlik maraqlarına zidd olaraq, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittiham olunur və həmçinin ölkə daxilində süni siyasi gərginliklər yaratmaqda, islahatları bloklamaqda və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla məşğul olurdu. Onun fəaliyyəti mahiyyət etibarilə dövlətin daxildən zəiflədilməsinə yönəlmiş şüurlu bir sabotajdır.
Ramiz Mehdiyevin qurduğu bu çirkin oyunun ən təhlükəli hissəsi isə "müxalifət" adlanan cinahla qurduğu gizli simbioz əlaqələrdir. Cəmiyyətə illərdir "barışmaz müxalifət" kimi təqdim olunan Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi fiqurlar, əslində bu böyük ssenarinin aktyorlarıdır.
Əli Kərimli illərdir radikal ritorika ilə cəmiyyəti qütbləşdirən, lakin real siyasi nəticə əldə etməyən bu şəxsin fəaliyyəti, diqqətlə analiz edilib düşünüləndə və araşdırılanda, Mehdiyevin "köhnə qvardiya"sının maraqlarına xidmət etdiyi asanlıqla məlum olur. Onun radikallığı Mehdiyevə islahatçı qüvvələri əzmək və sərt idarəçiliyi əsaslandırmaq üçün lazım olan "xaos görüntüsü"nü təmin edirdi.
Gültəkin Hacıbəyli və Cəmil Həsənli isə bir vaxtlar dövlət strukturunda və ya ona yaxın mövqelərdə çalışması və sonradan bu şəxslərin qəfil "radikal demokrat"a çevrilməsi təsadüfi deyil".
Faktlar və siyasi analiz göstərir ki, onların fəaliyyəti müstəqil iradədən qaynaqlanmır:
"Onlar Ramiz Mehdiyevin siyasi sistem daxilindəki təsirini itirdiyi məqamlarda "xarici təzyiq" və "daxili narazılıq" imitasiyası yaratmaq üçün istifadə edilən alətlərdir.
Bu şəxslərin Ramiz Mehdiyevlə əlaqəsi sadəcə siyasi taktika deyil, xalqın etimadına və dövlətin strateji hədəflərinə qarşı birgə xəyanətdir.
Bu gün Azərbaycan cəmiyyəti həqiqətlə üz-üzədir. Biz görürük ki, illərdir davam edən "iqtidar-müxalifət" qarşıdurmasının bir qismi, əslində, eyni mərkəzdən idarə olunan saxta bir oyun imiş. Ramiz Mehdiyev "boz kardinal" olaraq dövlətin resurslarını sümürərkən, adlarını çəkdiyim bu "müxalifətçilər" də həmin sistemin dolayısı ilə qoruyucuları olublar.
Onlar xalqın enerjisini boş şüarlarla tükədərək, əsl demokratik inkişafa və milli birliyə mane olublar.Bu məsələlər aydınlaşandan sonra həqiqətən milli xəyanətin sadəcə torpaq satmaqla ölçülmədiyini, həmçinin millətinin gələcəyini, ümidini və siyasi şüurunu girov götürməyin ən böyük xəyanət olduğu məlum olur.
"Heç bir xarici qüvvə, heç bir daxili təxribatçı qrup bizim iradəmizə təsir göstərə bilməz. Cənab Prezident hadisələrə hər zaman ədalət gözü ilə baxır, ağ ilə qaranı seçir və xalqın rifahı naminə ən doğru qərarları verir və şükürlər olsun ki, bu gün Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir.
Uca Allah müstəqil Azərbaycanımızı, onun memarı olan dövlətimizi və Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevi qorusun!
"Cebheinfo.az"