Azərbaycan kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb. Bu, Bizon Azərbaycan kubokunun 1/8 finalında baş verib.
Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub - 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.