AZ

Gecə növbəsində çalışanlar üçün meyarlar müəyyənləşir

BAKI, 3 dekabr. TELEQRAF

İşçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinin xüsusiyyətləri müəyyənləşir.

Teleqraf xəbər verir ki, Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə onlayn iclasında müzakirəyə çıxaırılıb.

Layihəyə əsasən gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Həmçinin əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Eyni zamanda hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınacaq.

Seçilən
63
teleqraf.com

1Mənbələr