AZ

Bakıda kişi arvadını mağazada öldürdü

Bakıda qətl hadisəsi törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Bakuinfo"ya bildirilib ki, dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq sonuncunun əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Seçilən
68
7
bakuinfo.net

10Mənbələr