AZ

Ayxorn "Real Madrid"in ulduzunun rekordunu qırdı

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Herta"nın istedadlı yarımmüdafiəçisi Kennet Ayxorn "Real Madrid"in futbolçusu Cud Bellingemin rekordunu qırıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Kennet bu nəticəyə Almaniya Kubokunun 1/8 final mərhələsində evdə "Kayzerslautern"i (6:1) məğlub etdikləri oyunda imza atıb.

O, II Dünya Müharibəsindən sonra sözügedən turnirdə qol vuran ən gənc futbolçu ünvanına sahib çıxıb. Gənc oyunçu 16 yaş 128 günlüyündə fərqlənib. Bellingem isə Almaniya Kubokunda 17 yaş 77 günlüyündə qol vurmuşdu.

Qeyd edək ki, Ayxorn daha öncə 16 yaş 14 günlüyündə "Herta"da debüt edərək 2-ci Bundesliqada meydana çıxmış ən gənc oyunçu olub.

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr