AZ

Aİ-yə üzv dövlətlərə Rusiyadan müsadirə olunmuş aktivlərin Ukraynaya yönləndirilməsinə dair təklif göndərilib

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqının üzv dövlətlərinə2026–2027-ci illər ərzində Rusiyanın müsadirə olunmuş aktivlərindənUkraynaya 165 milyard avro ayrılmasına dair təklif göndərib

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, bu məbləğ avrozona ölkələrinin özəl banklarındadondurulmuş 25 milyard avroluq aktivlərdən və Belçikanın"Euroclear” hesablarında saxlanılan 140 milyard avrodanibarətdir.

Belçikanın Baş naziri Bart de Vever Rusiya aktivləri ilə bağlıvəziyyəti şərh edərkən xatırladıb ki, keçmişdə hərbi münaqişələrzamanı ölkələrin suveren aktivləri təkcə döyüşlər başa çatana qədərbloklanırdı.

Həmçinin bu vəsaitlər, onların ilkin sahibi olan dövlət məğlubolurdusa, reparasiya kimi digər ölkəyə də verilə bilərdi. Lakinsiyasətçinin fikrincə, Ukrayna münaqişəsində belə bir ssenarininhəyata keçmə ehtimalı son dərəcə aşağıdır.

Məqalədə:
Seçilən
119
az.trend.az

1Mənbələr