AZ

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə “EDEX-2025” sərgisində iştirak edir

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, sərginin açılış mərasiminə dövlət və hökumət rəsmiləri, müxtəlif ölkələrin, həmçinin Azərbaycanın rəsmi nümayəndə heyəti qatılıb.

“EDEX-2025” sərgisində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 104 adda, eləcə də Azərbaycanın “Synapline”, “Q-STP”, “USH Group”, “6LSystems” və “RD Smart” şirkətlərinin 24 adda məhsulu sərgilənir.

Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinə aid ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş olunduğu sərgidə 450-dən çox aparıcı müdafiə və təhlükəsizlik şirkətləri, 100-dən çox rəsmi nümayəndə heyəti və 25 ölkə milli pavilyonla iştirak edir.

Sərgi dekabrın 4-də başa çatacaq.

2917

Seçilən
110
1
poliqon.az

2Mənbələr