AZ

Hesablama Palatasının sədri Malayziya Milli Audit İdarəsinin rəhbəri ilə görüşüb



Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində Malayziya Milli Audit İdarəsinin rəhbəri xanım Dato’ Seri Van Suraya Van Mohd Radzinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ikitərəfli müzakirələrin aparılması təşəbbüsünə görə Malayziya ali audit orqanının (AAO) rəhbərinə təşəkkür edib. O, Hesablama Palatasının həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli səviyyədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Sədr Hesablama Palatasının Malayziya AAO-nun sədrlik etdiyi INTOSAI-ın İzləmə Auditi üzrə İşçi Qrupuna, eləcə də ASOSAI-ın Dövlət Müəssisələrinin Auditi üzrə İşçi Qrupuna yeni üzv qəbul olunmasını qurumlararası əməkdaşlığın genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Vüqar Gülməmmədov hər iki qurumun ASOSAI-ın İdarə Heyətinin üzvü olması fonunda ikitərəfli əlaqələrin gələcəkdə daha da güclənəcəyinə inamını ifadə edib.

Malayziya ali audit orqanının rəhbəri çıxışında görüş təşəbbüsünə göstərilən müsbət münasibətə görə təşəkkür edib. O, bu il Bakı şəhərində keçirilmiş ASOSAI-ın İdarə Heyətinin 62-ci toplantısı zamanı Malayziya AAO-nun nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Hesablama Palatası ilə əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda daha da genişlənəcəyinə inamını vurğulayıb.

Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr