AZ

Avropa Rusiya neftindən də həmişəlik imtina etdi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya neft və qazına həmişəlik qadağa qoyulması haqda elan edib.

O, özünün X sosial şəbəkəsindəki hesabında belə paylaşım edib:

“Avropa Rusiyanın qazıntı yanacaqlarına çıxışı birdəfəlik dayandırır. Enerji müstəqilliyi indi başlayır!”.

Xatırladaq ki, bu gün Aİ Şurasının Danimarka Sədrliyinin iqlim və energetika naziri Lars Agaard 2027-ci ilə qədər Rusiya təbii qazının idxalını tam dayandırmaq haqda bəyanat vermişdir.

Seçilən
74
1
veteninfo.az

2Mənbələr