AZ

Azərbaycan millisinin baş məşqçisi: “Qadın futbolu üçün bayram idi“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Dəkkədə təşkil olunan "FIFA Tri Nations Women`s Football Series 2025" turnirindəki Banqladeş-Azərbaycan oyununa gələn azarkeşlər peşman olmayıblar".

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlama verib.

O, yerli komandaya 2:1 hesabı ilə qalib gəldikləri matçla və turnirlə bağlı fikirlərini bölüşüb:

"Belə bir turnirin təşkilatçılığına görə Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar. O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu.

Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyunda dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı".

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan millimiz "FIFA Tri Nations Women`s Football Series 2025" turnirinin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
12
moderator.az

10Mənbələr