AZ

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

“Ramiz Mehdiyev fəlsəfə üzrə alim olmaqla yanaşı, böyük filosof kimi seçilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

“Fəlsəfəni qavramaq çox çətindir. Mən Ramiz müəllimin kitablarını oxuyanda bir məqama təəccüb edirdim – tarixi materialı, tarixi faktları, təkcə Azərbaycanın yox, bütün Şərqin tarixini fəlsəfi üsullarla təhlil edib elə nəticələrə gəlmək olurdu ki, bu, insana yeni baxış açısı qazandırır. Artıq indiki dövrdə dövlət quruluşunda hansı yolu seçmək, nə etmək suallarına da cavabları həmin o kitablardan tapmaq mümkündür.”

Onun sözlərinə görə, Ramiz Mehdiyevin əsərləri tarixi proseslərin dərin fəlsəfi təhlilinə əsaslanır və bu təhlil idarəetmə sahəsi ilə düşüncə arasında mühüm körpü yaradır.

Qeyd edək ki, açıqlamanın yer aldığı videonu TV1 kanalı yayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
konkret.az

3Mənbələr