AZ

Bakı-Astara yolu pullu olacaq?

Zaman-zaman mediada Bakı–Astara yolunun ödənişli əsaslarla istifadəyə veriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəs bu yol nə vaxtdan pullu olacaq? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu barədə məsələ müzakirə olunmur. Mətbuat katibi qeyd edib ki, hər hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
215
4
metbuat.az

5Mənbələr