Cənubi Koreya Prezidenti Li Cye Myonq ölkədə istifadə olunmuş nüvə yanacağının yenidən emalı və ya uranın zənginləşdirilməsi fəaliyyəti üçün ABŞ ilə birgə müəssisə yaradılması məsələsində Vaşinqtonla razılıq əldə olunduğunu bildirib.
Cənubi Koreyada nəşr olunan “The Chosun Daily” qəzetinin məlumatına görə, Prezident Li bu barədə Seulda keçirilən mətbuat konfransında çıxışı zamanı açıqlama verib.
Li bildirib ki, ABŞ Prezidenti Donald Tramp istifadə olunmuş nüvə yanacağının yenidən emalı və uranın zənginləşdirilməsi proseslərinin Cənubi Koreyada həyata keçirilməsini və bu məqsədlə iki ölkə arasında 50/50 pay bölgüsü ilə ortaq müəssisə yaradılmasını təklif edib.
Ortaq girişimlə bağlı danışıqların “yaxşı getdiyini” vurğulayan Prezident qeyd edib ki, növbəti mərhələlər üzrə ABŞ-ın Ticarət naziri Hovard Latnik məsul şəxs kimi təyin olunub.