Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen və 248 subdomen verilib.
"APA-Economics" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Ötən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 61 yeni domen və 338 subdomen təşkil edib.
Noyabrda 1 yeni domen və 31 subdomen dövlət qurumlarının istifadəsinə verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.