AZ

Bu ilin dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat verib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 248 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 27% azdır.

Təkcə noyabrda 1 yeni domen və 31 subdomen istifadəyə verilib. Bir il əvvəllə müqayisədə domen sayı sabit qalıb, digər göstərici isə 7% artıb.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
2
yeniavaz.com

3Mənbələr