Bakı.Trend:
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqimaarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadlarıvə məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlərardıcıl şəkildə davam etdirilir.
Trend xəbərverir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarıŞirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı vəFüzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarlagörüşlər keçirib, geniş izahat və məlumatlandırma işləriaparıblar.
Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericilikləqadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyətdaşıdığını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlımüdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslərüçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cürgörüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına vərisklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyisakinlərin diqqətinə çatdırılıb.