AZ

Oktyabr ayı üzrə hava ilə beynəlxalq yük daşımalarına tələbat barədə məlumatlar açıqlanıb

Bakı. Trend:

2025-ci ilin oktyabr ayında yüklərin ton-kilometr göstəricisi(CTK) ilə ölçülən ümumi tələbat 2024-cü ilin oktyabrı iləmüqayisədə 4,1 faiz artıb (+4,8 faiz beynəlxalq daşımalarüzrə).

Trend bu haqdaBeynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbərverir.

Bildirilir ki, mövcud yük ton-kilometrləri ilə ölçülən daşımatutumu ( ASTK) 2024-cü ilin oktyabrı ilə müqayisədə 5,1 faiz artıb(+6,4 faiz beynəlxalq daşımalar üzrə).

Məlumata görə, IATA-nın baş direktoru Uilli Uolş bildirib ki,oktyabr ayında yük hava daşımalarına tələbat illik ifadədə 4,1 faizartıb:

“Artıq ardıcıl səkkizinci aydır ki, bazar artım nümayiş etdirirvə bu dövrdə aylıq yükləmə həcmləri üzrə yeni rekord qeydə alınıb.Asiya – Şimali Amerika istiqamətində azalma altıncı aydır davametsə də, digər marşrutlar daha güclü dinamika göstərir. İkirəqəmlivə ya ona yaxın artım temp­ləri Asiyada, Yaxın Şərq–Avropa,həmçinin Avropa–Asiya istiqamətlərində müşahidə olunub. Budəyişikliklər göstərir ki, yük daşımaları seqmenti ABŞ-nin ticarətsiyasətinin təsiri altında qlobal təchizat zəncirlərinin yenidənqurulmasına yardım edir. Bu isə xüsusilə önəmlidir, çünki dördüncürübün pik daşınma mövsümü ərəfəsindəyik”.

Hava ilə yük daşımaları - oktyabr 2025 (2024 oktyabrına nisbətdə%-lə)

Region

Bazar payı

CTK

ACTK

Yüklənmə

Bütün dünya üzrə

100,0

4,1

5,1

47,1 (-0,5 bənd.)

Afrika

2,0

16,6

20,0

41,3 (-1,2 bənd.)

Asiya-Sakit okean

34,3

8,3

7,3

49,6 (0,5 bənd)

Avropa

21,5

4,3

4,3

54,7 (0,0 bənd)

Latın Amerikası - Kariblər

2,9

-2,7

2,8

39,1 (-2,2 bənd)

Yaxın Şərq

13,6

5,7

10,0

46,7 (-1,9 bənd)

Şimali Amerika

25,7

-2,7

0,1

40,9 (-1,2 bənd)

Seçilən
71
az.trend.az

1Mənbələr