Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi
Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib.BUTA.TV xəbər verir ki, Vidadi Mustafayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Vidadi Mustafayev ona böhtan atıldığını bildirib.