AZ

AFFA da menecerlər və akademiya rəhbərləri ilə görüş olub

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

AFFA tərəfindən I Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.

Mia.az xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub.

Bu proses mahiyyət etibarilə klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib.

Görüşdə müvafiq struktur bölmələrinin nümayəndələri – Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və tibb məsələləri üzrə baş ekspert Fuad Səfərov iştirak ediblər.

Tədbirdə akademiyaların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, lisenziyalaşdırma prosesinin tələblərinə uyğunluğun artırılması, klublara metodiki dəstək mexanizmləri və tibb məsələləri ilə əlaqəli yeniliklər barədə geniş məlumat verilib. Görüşün sonunda iştirakçı klubların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
146
18
mia.az

10Mənbələr