Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzalayıb.
Publika.az xəbər verir ki, qanuna əsasən, Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.
Sənəddə bildirilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.