AZ

Elm və Təhsil Nazirliyi Şahbaz Xuduoğludan 40 min manatlıq kitab alacaq

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Elm və Təhsil Nazirliyi “Qanun” nəşriyyatı ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.

"Yeni Sabah" xəbər verir ki, müqavilədə dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün kitabların satın alınması nəzərdə tutulur.

Müqaviləyə əsasən, alqı-satqının maliyyə dəyəri 42.240 manat müəyyənləşib.

Qeyd edək ki, reyestr məlumatlarına əsasən “Qanun” nəşriyyatı 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğludur.

Dövlət satınalmalarının vahid internet portalında açıqlanan məlumatlara əsasən, nazirlik 2023-cü ildə də məktəblərin kitabxanaları üçün kitabların satın alınması “Qanun” nəşriyyatı ilə 319.095 manat dəyərində alqı-satqı müqaviləsi bağlayıb./İqtisadiyyat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
yenisabah.az

3Mənbələr