AZ

İrəvanda məhkəmə Seyran Ohanyan barəsində iltizam tədbirini ləğv etdi

İrəvanda Antikorrupsiya Məhkəməsi parlamentin müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edib.

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu il yayda Ohanyan barəsində aparılan cinayət işlərindən biri çərçivəsində həmin qətimkan tədbiri tətbiq olunmuşdu.

Məlumata görə, məhkəmə Ohanyanın sərgilədiyi davranışı nəzərə alaraq qətimkan tədbirinin ləğvinə qərar verib.

Qeyd edək ki, Seyran Ohanyan 2010-2015-ci illərdə müdafiə naziri vəzifəsində çalışdığı dövrdə Geqarkunik vilayətinin Draxtik kəndində yerləşən "Sevan" milli parkının 10.5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə və həmin ərazidə malikanə tikdirməkdə ittiham olunur.

İstintaqın versiyasına əsasən, sözügedən mülkiyyət faktiki olaraq Ohanyana məxsusdur, lakin rəsmi sənədlərdə onun adına rəsmiləşdirilməyib.

Seçilən
1
1
missiya.az

2Mənbələr