Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stubb türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Rusiya‑Ukrayna müharibəsinin nizamlanması üzrə səyləri müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Stubb "X"də yazıb.
Liderlər, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Finlandiya Prezidenti Türkiyənin regional münaqişələrin həllində mühüm rolunu vurğulayıb.
"Biz sülh naminə birlikdə işləməyə davam edəcəyik", – deyə Stubb əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.