AZ

Bakıda “Çili Film Proqramı-2025” adlı tədbir keçirilib

Bakıda “Çili Film Proqramı-2025” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbir mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaradıcı Mərkəz” də keçirilib.

İştirakçılar arasında, ispandili müəllimləri, universitet tələbələri, Xarici İşlər Nazirliyinin əməkdaşları və digər şəxslər olub.

Əvvəlcə qonaqlara “Yaradıcı Mərkəz”in fəaliyyət istiqamətləri və indiyə qədər gördüyüş işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ötən iki il ərzində “Yaradıcı Mərkəz”də fəaliyyətlə məşğul olan 700 nəfərə serifikatlar verilib və növbəti il bu rəqəmin 1000-ə yüksəldilməsi planlaşdırılır.

Bundan başqa mərkəzdə “Startup Center”lərin fəaliyyət göstərdiyi və onların gənclər üçün öz layihələrini reallığa çevirmək imkanı yaratması vurğulanıb.

Əlavə edilib ki, bu gün keçirilən “Çili Film Proqramı 2025” mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkə ilə ortaq təşkil etdiyi ilk tədbirdir.

Tədbirdə çıxış edən Çilinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Juan Salazar Alvarez Azərbaycan və Çilinin bir çox müştərək cəhətləri olduğunu bildirib.

“Çili və Azərbaycan eyni dəyərləri bölüşür. Biz ölkələrimizin inkişafını və bu inkişafa nail olmaq yolunda əməkdaşlığımızı dərinləşdirmək istəyirik”, - müvəqqəti işlər vəkili qeyd edib.

Ardınca Çilidən olan film rejissoru Tomas Welss canlı bağlantı vasitəsilə proqrama qoşulub və film sahəsində öz təcrübələrini bölüşüb.

Sonra isə müxtəlif qısametrajlı animasiya filmləri nümayiş etdirilib.

Sonda isə Çilindən olan rejissor proqram iştirakçılarının suallarına cavab verib və onlarla film, animasiya sahələri barədə fikir mübadiləsi aparıb.

Seçilən
13
apa.az

1Mənbələr