AZ

Fransalı futbolçu açıqlamasına görə cəzalandırıldı

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransalı futbolçu açıqlamasına görə cəzalandırıldı

Fransanın “Strasburq” klubu komandanın kapitanı Emmanuel Emeqanı cəzalandırıb.

QOL.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, 22 yaşlı hücumçu intizam qaydalarını pozduğu üçün heyətdən kənarlaşdırılıb. Buna səbəb isə onun qalmaqallı açıqlamaları olub. Belə ki, Emeqa “Lill” üzərindəki qələbədən (2:0) sonra komandasının PSJ, “Monako” və “Lion” kimi rəqiblərə uduzmasını zarafatyana özünün meydanda olmaması ilə əlaqələndirib. Bu açıqlama klub rəhbərliyinin və azarkeşlərin qəzəbinə səbəb olub.

Beləliklə, komanda rəhbərliyinin qərarına əsasən, gənc futbolçu klubun dəyərlərinə və daxili nizam-intizam qaydalarına hörmətsizlik etdiyi üçün cəzalandırılıb. Bu səbəbdən niderlandlı forvard Liqa 1-in növbəti turunda şənbə günü baş tutacaq “Tuluza” ilə qarşılaşmanı buraxacaq.

Xatırladaq ki, “Lill” ilə qarşılaşmada Emeqa komandasının qələbə qazandığı hər iki qolun müəllifi olub.

Qeyd edək ki, Emmanuel Emeqanın 2026-cı ildə “Çelsi”yə keçəcəyi və klubla 7 illik müqavilə imzalayacağı planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
1
qol.az

2Mənbələr