AZ

Sabah Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədəAzərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.

Xəyyam Əl-Yəsri bu gündən etibarən Bakıda səfərdədir. Daha əvvəl bildirildiyi kimi, səfər çərçivəsində iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icra vəziyyəti müzakirə olunacaq.

Səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın gücləndirilməsinə, habelə rabitə və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın yeni imkanlarının araşdırılmasına yönəlib.

Seçilən
64
12
aznews.az

10Mənbələr