AZ

Hansı yaşdan sonra insanın sağlamlığı daha bərpa olunmur? –Elmi araşdırma

Kanadadakı Dalhauzi Universitetinin alimləri insan bədəninin ciddi xəstəliklərdən və xəsarətlərdən sağalma qabiliyyətini itirdiyi yaş dövrünü müəyyən ediblər.

AzPost “New York Post” nəşrinə istinadən bildirir ki, tədqiqatçılar orta yaşı 67 olan təxminən 13.000 insanın sağlamlıq göstricilərini ölçüblər. Mütəxəssislər iştirakçıların çatışmazlıqlarını ölçməyə kömək edən xüsusi bir “kövrəklik indeksi” hazırlayb.

Bunu bir göstərici kimi istifadə edərək insan qocalmasının yeni riyazi modelini quran həkimlər sağlamlığın iki əsas sahəsindəki dəyişiklikləri – xəstəlik, zədələnmə və onlardan sağalmaq üçün lazım olan vaxtı izləyiblər.

Əgər indeks artarsa, bu, iştirakçının daha çox sağlamlıq problemi yaşadığı və düzgün sağalmadığı anlamına gəlirdi.

Komanda dönüş nöqtəsinin 73 ilə 76 yaş arasında olduğunu müəyyən edib: “Biz belə bir nəticəyə gəlirik ki, bədənin müqaviməti və immuniteti ətraf mühitin stress faktorlarının təsirini yalnız 75 yaşa qədər azaldır. Bundan sonra sağlamlıq problemləri üst-üstə yığılmağa başlayır və nəticədə ölümə səbəb olur”, – tədqiqatçılar təcrübə ilə bağlı hesabatlarında yazıblar.

Alimlər həmçinin insan bədənində toxumaların aktiv qocalmasının 50 yaşdan sonra başladığını aşkar ediblər.

AzPost.az

Seçilən
6
azpost.info

1Mənbələr