AZ

Bakıda iş mərkəzində xəsarət alanlardan 3-ü evə buraxıldı

Nərimanovda "AFEN Plaza"da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu il noyabrın 11-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Seçilən
10
13
manset.az

10Mənbələr