AZ

Azərbaycan Kuboku: “Qarabağ” 1/4 finala yüksəlib

“Qarabağ” Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

“Köhlən atlar” 1/4 finalda “Şamaxı” ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Daha əvvəl “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” isə “İmişli”ni (2:1) məğlub edib.

Seçilən
1
12
nocomment.az

10Mənbələr