İspaniya La Liqasında 19-cu turun oyunları davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə “Real” “Atletik”in qonağı olub. Görüşdə Madrid təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Hazırda turnir cədvəlində "Real" 36 xalla 2-ci, "Atletik" isə 20 xalla 8-cidir. Sıralamaya 37 xalla "Barselona" liderlik edir.
Komandalar 2026-cı ilin yanvar ayında İspaniya Superkubokunda iştirak edəcəyi üçün hazırda 19-cu tur matçları keçirilir.
İspaniya La Liqası, 15-ci tur
3 dekabr
"Atletik" – "Real" - 0:3
Qollar: Mbappe, 7, 59, Kamavinqa, 42