AZ

“Zəng etdi ki, minaya düşmüşəm” – yaralının yaxınları danışdı – VİDEO

Xəbər verdiyimiz kimi bu gün Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina partlayışı baş verib. Ərazidə mal-qara otaran şəxs ayağından xəsarət alıb. 

KONKRET.az xəbər verir ki,  minaya düşərək xəsarət alan şəxsin yaxınları hadisənin təfərrüatını danışıblar.

“Evdə oturmuşdum, qardaşım da yanımda idi. Nazim zəng edib dedi ki, minaya düşmüşəm. Tez ayağa qalxıb getdik. Xeyli kanala tərəf gəlmişdi, uzanmış vəziyyətdə idi. Onu maşına qoyub Tərtər Rayon Mərkəzi Xəstəxanasına apardıq. Oradan da Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirdilər”, – deyə minaya düşən şəxsin yaxınlarından biri bildirib.

Daha ətraflı İTV-nin süjetində:

Seçilən
1
1
konkret.az

3Mənbələr