AZ

"Napoli", "Atalanta" və "İnter" 1/4-də - YENİLƏNİB

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün turnir üzrə daha 3 qarşılaşma nəzərdə tutulub.

"Atalanta" "Cenoa" səddini çətinlik çəkmədən keçib: 4:0.

"Napoli" "Dieqo Armando Maradona" stadionunda "Kalyari"ni qəbul edib. Əsas vaxtı 1:1 bitən qarşılaşmanın taleyi penalti seriyasında həll olunub. Burda daha dəqiq oynayan neapollular 4 il aradan sonra ölkə kubokunda yenidən 1/4 final mərhələsinə vəsiqə qazanıblar: 9:8.

Günün son matçında "İnter" "Verona"nı sınağa çəkib. Ev sahibləri rəqibini meydana çıxmağa peşman edərək növbəti tura vəsiqəni təmin edib: 5:1. 

Qeyd edək ki, 1/8-in ilk qarşılaşmasında "Yuventus" "Udineze"ni 2:0 məğlub edərək adını 1/4-ə yazdırmışdı. 

Merih Demiral daha 4 il Ərəbistanda - Rəsmi

“Yuventus”da ciddi itki

Millimizin üzvü oynadı, komandası 1 xalla kifayətləndi

Olmo ilin sonuna kimi oynamayacaq - Rəsmi

İtaliya nəhəngləri "Fənərbaxça"nın forvardı ilə maraqlanır

Seçilən
1
2
apasport.az

3Mənbələr